Bloq

FCGROUP Taxta teksturalı məhsulları harada istifadə edə bilərik? sekili
Son vaxtlar təmir-tikinti bazarında taxta teksturalı keramoqranitlərə tələb hədsiz dərəcədə artıb. Həm rəng seçiminin bol olması, həm də universal məhsul kimi istifadə oluna bilməsi onu ən çox sevilən modelə çevirib.

Düşünün ki, həm interyer, həm də eksteryer dizaynlarınızda rahatlıqla istifadə edə biləcəyiniz bu məhsullar sizə bol rəng və görüntü imkanı verir.

Eksteryer dizaynlarınızda bu keramoqranitləri həm hovuzunuzu təmir etdirən zaman kənarlarına vura, həm də fasadda rahatlıqla istifadə edə bilərsiniz.

İnteryer dizaynlarda isə həm yerə döşənir, həm də dekor kimi divarda istifadə edəcəksiniz. Bol rəng seçiminə sahib olduğu üçün istənilən zövqə xitab edir desək, yanılmarıq.

Bəs hansı ölçüdə olan keramoqranitlər daha ideal seçim ola bilər? Bir neçə bu il bundan əvvəl böyük ölçüdə olan modellərə üstünlük verilirdisə, hazırda bu tendensiya dəyişib.

İndi daha çox, 15x60-a və 20x120-yə formasında olan məhsullara tələbat daha çoxdur. Artıq təmir-tikinti məhsulları ixracında öz sözünü deməyi bacaran bir çox ölkələr taxta teksturalı keramoqranitlərin istehsalını artırmaqda davam edir.

Bu isə bazar rəqabətinin artmasına səbəb olduğundan insanlarda düzgün məhsul seçimi ilə bağlı çaşqınlıq yarada bilər. Əgər düzgün məhsul seçimində qərarsız qalmısınızsa, FC Group mütəxəssisləri sizə yardımçı olacaq.
Add comment

Add comment

yenilə, əgər kod görünmürsə