Блог

FCGROUP Hovuz təmirində nələrə diqqət etmək lazımdır? sekili
İsti yay günlərinin olmazsa olmazı əlbəttə ki, hovuzdur Bəs hovuz təmiri zamanı nələrə diqqət etməliyik? Hovuz qiymətləri bir neçə faktora bağlı olur. Standart hovuzlar daha mükəmməl təmir edilməyə imkan verən sadə və funksional seçimlərdən ibarətdir. Daşma hovuzlar isə onu fərqləndirən xüsusiyyətlərə görə digərlərindən seçilir.

Ən əsas fərqli cəhəti isə sudakı kir və yad cisimləri ən qısa zamanda hovuzdan kənarlaşdırmasıdır. Bundan əlavə, estetik zövq baxımından gözəl görünüşü təmin edir, Üzən zaman hovuz divarları tərəfindən yarana biləcək təhlükəni şəxs üçün minimuma endirir.

Hər bir hovuzun təmizliyini təmin etmək məqsədilə, birlikdə onun təmizliyini həyata keçirən komponentlər mövcuddur. Bu komponentlərdən biri “skimmer” adlanır ki, o nasos və filtrlərdən təşkil olub əsas funksiyası hovuzun dibinə çökmədən öncə yarpaq və tullantıları toplamasıdır.

Əlbəttə ki, hovuz təmiri zamanı dayanıqlı və keyfiyyətli məhsullardan istifadə də vacib məqamdır. Əgər hovuzunuzu təmir etdirən zaman məhsul seçimində qərarsız qalmısınızsa, yolunuuz FC Group anbarından salmağı unutmayın!
Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив